“Opera səhnəsində
həm Məcnun, həm də Koroğlu...”
Repressiya olunan Breqman ailəsindən
biri
Azərbaycan opera sənətinin
tanınmış nümayəndələrindən biri Şirzad Hüseynov bu teatrın səhnəsində
yaratdığı gözəl obrazlarla yaddaşlara həkk
olunmuşdur. O, Üzeyir Hacıbəyovun operalarında uzun
illər baş qəhrəmanları oynamışdır ki,
bu qəhrəmanlara Zeyd, Ibn Səlam (“Leyli və Məcnun”),
Koroğlu, Eyvaz (“Koroğlu”), Kərəm (“Əsli və Kərəm”)
və başqalarını göstərə bilərik.
Şirzad
Abasəli ağa oğlu Berqman 1906-cı ildə Bakı şəhərində
Abasəli ağa Berqmanın ailəsində anadan olmuşdur.
Abasəli Berqman öz ailəsi ilə birlikdə Bakı
dağlı məhəlləsinə Xızı-Bermek
dağlı mahalından köç etmişdir. Bu ailədə
ilk oğulun dünyaya gəlməsi həm onu, həm də
bütün Berqman nəslinin böyük sevincinə səbəb
olmuşdur. Berqmanlar 50 ildən çox idi ki, çar
Rusiyasına hərbçilər kimi xidmət edirdilər.
Lakin Şirzad Berqman hamının ondan gözlədiyi yolu yox,
məhz öz arzusunun yolçusu oldu...
Şirzad
Berqman hələ gənc yaşlarında dini mərasimlərdə,
daha sonra isə teatr tamaşalarında iştirak edərək,
gözəl və gur səsi ilə diqqəti cəlb edirdi.
Lakin 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının
Sovetlər tərəfindən işğalından sonra azərbaycanlı
hərbçilərə qarşı ciddi repressiyalar
başlayır. Berqman nəslindən olan “Vəhşi
Diviziyanın” zabitləri, Qafqaz Islam ordusunun
döyüşçüləri Fövqəladə Komitənin
əmri ilə həbs olunur, güllələnir, ailəsi isə
sürgün edilir. 1920-ci ildə “Vəhşi Diviziyanın”
zabitləri Salman ağa Berqman, Vahid ağa Berqman və digərləri
Xızı-Bermek mahalında gedən uzunmüddətli
qarşıdurmalardan sonra mühasirəyə alınır və
sovet qoşunları tərəfindən həbs edilərək
güllələnir. Məhz bu səbəbdən Abbasəli
ağa Berqman soyadını öz atası Hüseynqulu ağa
Berqmanın şərəfinə “Hüseynov”a dəyişdirir
və ailəsini sürgündən xilas edə bilir.
Sonralar
Şirzad Hüseynov dahi bəstəkarımız Üzeyir
Hacıbəyov tərəfindən opera teatrına dəvət
olunur. Burada o, əvvəl xorda oxuyur, tədriclə
Şirzadın səsinin fərqliliyini, ahəngini, tembrini
görüb ona muğam operalarında müxtəlif
rolları həvalə edirlər. Onun oxuduğu “Zəmin-xarə” o qədər məlahətli,
təsiredici imiş ki,
tezliklə onu səhnəyə dəvət
ediblər. Epizodik
rollardan ÿbaşlananÿ həyatÿyoluÿ
İbnÿ Səlam, Məcnun, Kərəm kimi aparıcı
qəhrəmanların həyatını səhnədə yaşamaqla tamamlanıb. O,ÿ çox ÿqəribə
istedada ÿvə məharətə ÿmalikmiş. Məcnunÿ roluna öz
möhürünü vuran
sənətkarlardan
biri də məhz Şirzad
Hüseynov idi.
Xüsusi
təhsiliÿ olmasa da, gözəl musiqi duyumu olan Şirzad
Hüseynov məlahətli səsinin hesabına öz
dövrünün sayılıb-seçilən, sevilən sənətkarlarından
biri olub. Bir gün səhnədə Məcnun oxuyurmuş. O
biri gün Koroğlu. Yəni bu hər kəsə nəsib
olan istedad deyil. Çünki hər iki baş rolun səs
diapozonu fərqlidir. Həm klassik, həm də muğam
operasında uğur qazanmaq Şirzad Hüseynovu bütün
tamaşaçılara və sənət adamlarına
sevdirmişdi.
Üzeyir
Hacıbəyovun “Leyli və Məcnun”unda Zeyd, İbn
Salam, Məcnun rollarını, “Əsli və Kərəm”
operasında Kərəm və Sofi obrazlarını
yaradır.
Unudulmaz Koroğlu
1937-ildə
“Koroğlu” operasının premyerasının, baxış
tamaşasının afişalarında Koroğlu rolunun
ifaçısı kimi Bülbüllə yanaşı,
Şirzad Hüseynovun da adı yazılır. Sonralar müntəzəm
olaraq opera səhnəsində Ş.Hüseynov Məcnun, Kərəm,
Aşıq Qərib və Koroğlu obrazlarını
özünəməxsus tərzdə məharətlə
yaradır. Bu, Ş.Hüseynovun
yaradıcılığındakı özünəməxsus
bir məqamdır, Azərbaycan opera
ifaçılığı tarixində heç bir opera
müğənnisi Ş.Hüseynov kimi həm Məcnun, həm
də Koroğlu (Rövşən) rollarını
oynamayıb.
“Bütün
dünya opera repertuarında istər rolun
ölçüsü, istər oxuyacağı sözlərin
həcmi (tisiturası) və istərsə yaradacağı
obrazın hərəkət və səhnə oyunu tələbləri
cəhətincə Koroğlu rolu kimi böyük və
çətin bir rol yoxdur desək, artırmamış
olarıq. Cəmisi üç-dörd il bundan əvvəl
teatrın xoruna bir xor artisti kimi qəbul olunan Şirzad
Hüseynovun keçdiyi yaradıcılıq yolu çox əlamətlidir:
xor - Zeyd - Sofi - Ibn Salam - Aşıq - Koroğlu! Öhdəsinə
götürdüyü vəzifəsini, ümumiyyətlə,
parlaq bir surətdə yerinə yetirən Şirzadın
çıxışında şübhəsiz
ayrı-ayrı nöqsanlar da yox deyildir. Birinci növbədə
gözə çarpan cəhət onun talantına nisbətlə
ustalığının geridə qalmasıdır. Bu da əlacsız
bir iş deyildir. Şirzad öz üzərində müntəzəm
surətdə çalışarsa, bu ustalığa yiyələnə
bilər” (Ə.Bədəlbəyli,
“Kommunist”, 1 noyabr 1938).
Opera
teatrından uzaq yenə opera sənətiylə...
Məlum olduğu kimi, Məcnun rolu
sırf xanəndələr üçün, Koroğlu isə
vokalist müğənnilər üçün nəzərdə
tutularaq yazılıb. Buna görə də bu rollar
ifaçılıq baxımından bir-birindən kəskin fərqlənir.
Şirzad Hüseynovun Məcnundan Koroğluya kimi, muğam
ifaçılığından vokal
ifaçılığına kimi böyük bir
yaradıcılıq yolu keçməsi, bu rolları yüksək
səviyyədə ifa etməsi onun necə qüdrətli,
fenomen sənətkar olduğundan xəbər verir. Hətta o,
klassik Rus və Qərb operalarında da əsas rolları ifa
edib.
Ş.Hüseynov
yaradıcılığının ən kamil dövründə,
44 yaşında (1950-ci ildə) opera teatrından
uzaqlaşmış, bir müddət Bakının
Maştağa və Yeni Suraxanı kəndlərinin Mədəniyyət
Evlərində, I.Əbilov adına Klubda bədii rəhbər
vəzifəsində çalışmışdır. Sənətkar burada da mədəniyyət
ocaqlarında yerli həvəskar aktyorların iştirakı
ilə bir sıra muğam operalarını tamaşaya
qoymuşdur.
Şirzad
Hüseynov 1943-cü ildə Azərbaycan SSR əməkdar
artisti fəxri tituluna layiq görülmüşdür.
O,
1941-1945-ci illərdə cəbhə bölgələrində,
Uzaq Şərq və Iranda Hacıbəyovun əsərlərindən
ibarət repertuarla konsertlər vermişdir.
Şirzad Hüseynov 10 may 1971-ci il tarixində
vəfat etmişdir.
Şirzad Hüseynovun yeddi övladı
olub. Böyük oğlu Turxan Hüseynov əvvəl öz fəaliyyətini
teatrda başlamasına baxmayaraq, sonradan Sverdlovskda yerləşən
xüsusi təyinatlı DTK məktəbinə daxil olaraq
oranı bitirib. 1967-1973-cü illərdə Bayıl həbsxanasının
baş direktor müavini işləyib. 1973-cü ildən isə
prokuror vəzifəsində çalışmağa
başlayıb. Ikinci oğul tarzən Fərman Hüseynov
atasının mədəni irsinin davamçısı olub.
Ailənin dördüncü övladı Seyran Hüseynov isə
ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər
Akademiyasında işləyib.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2013.- 10 iyun.- S.14.